Teleqraf.com xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov deyib.
Onun sözlərinə görə, onlardan 241 nəfər dərmandan, 133 nəfər dəm qazından, 67 nəfər allergik reaksiyalardan, 52 nəfər sirkə turşusundan, 56 nəfər spirtli içkilərdən, 41 nəfər ilan sancmasından, 3 nəfər əqrəb sancmasından zəhərlənib:
"Sirkə turşusundan zəhərlənmə diaqnozu ilə daxil olanlardan 2 nəfər ölüb. Buna səbəb sirkə turşusunun böyük dozada qəbul edilməsidir. Bir xəstə isə həm doza həddini aşıb, həm də onu zəhərləndikdən iki gün sonra rayondan gətiriblər. Bütün lazımi tədbirlərin görülməsinə baxmayaraq, xəstə ölüb".
Azər Maqsudov qeyd edib ki, Sumqayıtda polietelin zavodunda zəhərlənən 11 nəfərdən bir nəfərin vəziyyəti ağır olduğu üçün Kliniki Mərkəzə gətirilib: "Müayinələrdən keçib və sutka yarımdan sonra özünə gəlib. Qazdan zəhərlənən 4 nəfər FHN əməkdaşından 3-ü evə buraxılıb, 1 nəfərin isə müalicəsi davam edir".