Mərkəzdən Teleqraf.com-a verilən məlumata görə, “Çağrı” mərkəzi vasitəsilə vətəndaşlar telefonla onları maraqlandıran suallar – ali və orta ixtisas təhsili müəssisələrinə qəbul qaydaları, müsabiqə şərtləri, imtahan tarixləri və s. barədə məlumat ala, DİM-in fəaliyyəti ilə bağlı təkliflərini deyə bilərlər.
“Çağrı” mərkəzinə müraciət etmək üçün şəhər telefonlarından birbaşa "1653" nömrəsinə ödənişsiz, mobil operator nömrələrindən isə ödənişli olaraq zəng etmək olar.
”Çağrı” mərkəzi iş günləri saat 09:00-dan 18:00-dək (fasilə 13:00–14:00) xidmət göstərir.