Teleqraf.com xəbər verir ki, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Pirallahıda rayon ictimaiyyətinin nümayəndələri ilə görüş zamanı deyib.
Dövlət başçısı qeyd edib ki, bu balıq bazarları həm vətəndaşlara xidmət edir, eyni zamanda, bir növ turizm zonasına çevrilir: “İndi burada gözəl bir kiçik bulvar salınıb, balıq bazarı var, balıq yetişdirmə müəssisəsi yaradılır. Turizmin inkişafı bundan sonra sürətlə gedəcək. Gürgan qəsəbəsində böyük turizm layihəsi var. İndi Pirallahı da gözəl bir cənnət yerə çevrilib. Burada həm Pirallahı, həm bütün Bakı sakinləri, Azərbaycan vətəndaşları və qonaqlar üçün çox gözəl şərait yaradılıb”.