21 İyul 2014 16:17
1 187
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məlum olduğu kimi iyulun 20-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 20-də ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə cari ilin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirdi.

TQDK-dan Teleqraf.com-a verilən məlumata görə, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 54 binada həyata keçirilib. İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlayıb və 3 saat davam edib.

İmtahan prosesinin idarə olunması üçün Komissiyada operativ qərargah fəaliyyət göstərmiş, gün ərzində imtahan mərkəzləri ilə müntəzəm əlaqə saxlanmış və imtahan prosesinin gedişinə nəzarət olunub.
Məlumatda bildirilir ki, bu gündən başlayaraq isə komissiyada imtahan protokollarının və cavab kartlarının emalı aparılır. Nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur. qəbul imtahanında istifadə olunmuş test tapşırıqlarının məzmunu ilə bağlı apelyasiya komissiyası yaradıb.

Apelyasiya komissiyasına müraciət etmək istəyənlər iyul ayının 21-də saat 10-dan 17-dək şəxsiyyət vəsiqələri ilə TQDK-ya müraciət edə bilərlər. Ünvan: Bakı şəhəri, Akademik Heydər Əliyev küçəsi, 17-dir.

Qeyd edək ki, nəticələr elan olunduqdan sonra abituriyentlər imtahan nəticələri ilə TQDK-nın internet saytında və ya iş nömrələrini bütün mobil operatorlardan 7727 nömrəsinə göndərməklə tanış ola biləcəklər.

SEVİL


Müəllif: