24 İyul 2017 01:39
681
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin qədim Aksaray vilayətində Qarabağ parkı və Xarı bülbül abidəsinin açılışı olub.

Teleqraf.com xəbər verir ki, Qarabağ parkı və Xarı bülbül abiddəsinin açılışında minlərlə insan iştirak edib. Şəhərin mərkəzində yerləşən və Aksarayın ən böyük parkı olan Qarabağ parkı millət vəkili Qənirə Paşayevanın təşəbbüsü və Aksaray bələdiyyə məclisinin qərarı ilə hazırlanıb. Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin Prezident yanında QHT-na Dəstək Şurasının dəstəyi ilə hazırlatdığı Xarı bülbül abidəsinin də açılışı olub. Tanınmış heykəltaraş Akif Əsgərov tərəfindən hazırlanan, Qarabağda bitən və bülbülə oxşayan Xarı bülbül çiçəyi abidəsinin üzərində Xocalı soyqırımı qurbanlarını əks etdirən fəryad edən ana təsviri, Xan qızı Xurşudbanu Natavanın, böyük şair Vaqifin rəsmləri, muğam üçlüyü, Qarabağın və Şuşanın tarixi yerləri öz əksini tapıb. “Qarabağ parkı” və “Xaribülbül” abidəsinin açılışında Azərbaycan və Türkiyə millət vəkilləri, Aksaray bələdiyyəsinin rəhbəri, QHT, media nümayəndələri və minlərlə yerli sakinlər iştirak edib. Millət vəkili Q. Paşayeva bildirib ki, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün Türkiyənin bir çox şəhərlərində “Xocalı”, “Qarabağ” və s. adı ilə abidələr və parkların açılması ənənəsi davam edir. 30 000 kvm ərazini əhatə edən “Qarabağ parkı”nı gəzən bələdiyyə rəhbəri və qonaqlar zəngin, maraqlı güşələri olan tematik parkla yaxından tanış olub, Xarı bülbül abidəsini ziyarət ediblər. Möhtəşəm hazırlanmış abidənin önündə toplaşan qonaqlar Aksaray vilayətinin ən gözəl güşəsində təxminən bir ilə ərsəyə gələn Qarabağın parkının bundan sonra aksaraylıların ən çox ziyarət yerinə çevriləcəyi deyilib. Qarabağda günahsız insanlara edilən erməni zülmünün hər türkün yaddaşlarına həkk etməsi üçün, elə bu abidənin önündə yazılan məlumatları oxuması kifayət edəcəyi bildirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər