25 İyul 2017 12:14
585
12 Punto 14 Punto 16 Punto 18 Punto

24 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobusların Bakıxanov qəsəbəsi Səməd bəy Mehmandarov və Sülh küçələrinin kəsişməsində yerləşən son dayanacaq məntəqəsi dəyişdirilir.

Bakı Nəqliyyat Agentliyindən Teleqraf.com-a verilən məlumata görə, dəyişiklik edilməsi ilə bağlı qərar Sakit Qocayev, Ruhulla Axundov, Mahir Əmirov küçələrinin sakinlərinin BNA-ya ünvanladığı çox saylı müraciətləri əsasında qəbul edilib. Dəyişikliyə əsasən, 24 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar Sakit Qocayev, Ruhulla Axundov küçələrindən keçməklə Mahir Əmirov küçəsinədək və əks istiqamətdə hərəkət edəcəklər.

Məlumatda qeyd edilib ki, ilkin mərhələdə 24 nömrəli marşrut xətti üzə avtobuslar 10 günlük sınaq rejimində yenilənmiş sxem üzə hərəkət edəcəklər.


Müəllif: İlhamə Əbülfət