“Cisco” şirkətinin ekspertləri 2017-ci ilin birinci rübü üçün informasiya təhlükəsizliyi üzrə hesabatda yeni tip təhlükənin - təşkilatlara sistemlərin və hücumdan sonrakı məlumatların bərpası üçün lazım olan ehtiyat surətləri və təhlükəsizlik sistemlərini (safety net) məhv edə bilən “xidmətin dayandırılması” (destruction of service, DeOS) tipli hücumların yayılmasını qeyd edirlər.
Tədqiqatçılar qeyd edir ki, “Əşyalar interneti”nin (Internet of Things, IoT) yaranması ilə əsas sahələrdə əməliyyatların çoxu real vaxt rejiminə keçirilir ki, bu da hücumların üfüqünü genişləndirir, onların miqyasını artırır və nəticələrini çətinləşdirir.
“Hücum edənlər şirkətlərin, həm iri, həm də kiçik müəssisələrin fəaliyyətini pozmaq məqsədilə yaxşı düşünülmüş hücumlar hazırlayırlar. Onlara biznesin informasiya texnologiyalarının sıfırdan bərpası üzrə ehtiyat plana malik olmaması məlumdur və onlar bu boşluqdan öz maraqları naminə istifadə edirlər”, - hesabatda deyilir.
“DeOS” hücumlarının mənşəyi barədə ətraflı məlumat verilmir.
/İctnews/