Müdafiə Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, yaxın günlərdə Azərbaycan, Belarus, Serbiya, Monqolustan, İsrail və Rusiya komandalarının heyətləri təlimat keçəcək, təhlükəsizlik tədbirləri və texniki vasitələrin istismarını öyrənəcək, qida məhsulları ilə işləmək üçün icazə verilməsi məqsədilə tibbi müayinə olunacaqlar.
İyulun 29-da hərbi aşpazlar milli mətbəx yeməklərinin hazırlanması üzrə məharətlərini nümayiş etdirəcək.