27 İyul 2017 16:48
833
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milyonlarla insanı inancına görə ruhi xəstə adlandırmaq heç bir çərçivəyə sığmır.

Bunu Teleqraf.com-a açıqlamasında “Məşədi Dadaş” məscidinin imamı, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli deyib.

Onun sözlərinə görə, inam məsələsində məcburiyyət yoxdur: “Quranı-Kərimdə də qeyd olunub ki, insan Allahın dininə inanıb, inanmaya bilər. Dində inam məsələsinə görə heç bir məcburiyyət yoxdur. Hər kəs istədiyi kimi düşünmə hüququna malikdir. Əsasə məsələ ondan ibarətdir ki, insan özü kimi düşünməyən, fərqli inancları olanları təhqir etməməlidir. Dinlə bağlı tənqidi fikr bildirmək olar, amma təhqir yolverilməzdir”.

Hacı Şahin Həsənli bildirib ki, bütə ibadət edənləri də təhqir etmək olmaz: “Qurani- Kərimdə qeyd olunur ki, hətta bütə ibadət edənlərin bütlərini belə təhqir etmək olmaz. Milyonlarla insanı inancına görə ruhi xəstə adlandırmaq heç bir çərçivəyə sığmır. Bəzi radikal dini cərəyanlar var ki, onlar düşünməyən insanları kafir hesab edirlər. İnancsız insanların inanclıları ruhi xəstə adlandırması bu məsələyə bənzəyir. Hətta qeyb aləminə inanmaq belə şizofreniya əlaməti ola bilməz. İnsan təkcə gördüklərinə yox, görmədiklərinə də inana bilər. Bu hansısa bir xəstəlikdən xəbər vermir”.

QMİ-nin səlahiyyətli nümayəndəsi qeyd edib ki, bu tip ifadələr işlədən zaman insanlar ehtiyatlı olmalıdır ki, kimlərinsə inancı qırılmasın.

Qeyd edək ki, AzVision.az saytının baş redaktoru Vüsal Məmmədov dünən feysbuk səhfəsində namaz ibadəti zamanı bir hərəkəti şizofreniya əlaməti adlandırıb.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər