27 İyul 2017 17:14
682
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin ilk 6 ayı ərzində 32 müraciət üzrə 95 min hektardan artıq torpaq sahəsinin təyinatı dəyişdirilib.

Əmlak Məsələləri Dövlət Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, bundan 81 min 739 hektar torpaq sahəsində 19 aqroparkın yaradılması və 13 min 680 hektar torpaq sahəsində isə 4 iri taxılçılıq təsərrüfatının yaradılması nəzərdə tutulub.

Yerli icra hakimiyyəti orqanları ilə birlikdə görülmüş tədbirlər nəticəsində bu ilin 6 ayı üzrə 40 min hektar səmərəsiz istifadə olunan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə dair bağlanmış icarə müqavilələrinə xitam verilib. Həmin torpaqlar geri qaytarılaraq yenidən səmərəli şəkildə istifadə istiqamətində işlər həyata keçirilir, iri taxılçılıq, pambıqçılıq təsərrüfatlarının yaradılması, meyvə bağlarının salınması və digər kənd təsərrüfatı məqsədləri üçün müvafiq aqrotexniki və meliorativ tədbirlər görülür.

Bundan başqa kənd təsərrüfatı məqsədi ilə 184 min hektara yaxın torpaq sahəsi hüquqi və fiziki şəxslərə icarəyə verilib.

Ümumilikdə respublikada qeyri-neft sektorunun, o cümlədən, aqrar sahənin inkişaf etdirilməsi ilə əlaqədar aidiyyəti mərkəzi və yerli icra hakimiyyətləri orqanları ilə birlikdə 166 min hektar torpaq sahələrinin kateqoriyası dəyişdirilib. Həmin torpaq sahələri aqroparkların və iri təsərrüfatların yaradılması məqsədi ilə investorların istifadəsinə verilib.

Eyni zamanda yerli icra hakimiyyəti orqanları ilə birlikdə görülmüş tədbirlər nəticəsində indiyədək 240 min hektar səmərəsiz istifadə olunan kənd təsərrüfatı təyinatlı torpaq sahələri geri qaytarılmış və əkin dövriyyəsinə cəlb olunması üçün zəmin yaradılıb.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər