28 İyul 2017 10:29
720
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 27 iyulda keçirilmiş yeni qəbul imtahanında istifadə olunmuş test tapşırıqlarının məzmunu ilə əlaqədar abituriyentlərin müraciətlərinə baxılması üçün Apelyasiya Komissiyası yaradılıb.

Mərkəzdən Teleqraf.com-a verilən məlumata görə, Apelyasiya Komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərir.

Abituriyentlər Apelyasiya Komissiyasına 28 iyul 2017-ci il tarixində saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə şəxsən müraciət edə bilərlər.

Qeyd olunub ki, Apelyasiya Komissiyasının işi başa çatdıqdan sonra imtahanlarla bağlı heç bir müraciətə baxılmır.


Müəllif: Teleqraf.com