28 İyul 2017 13:16
788
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Gömrük Komitəsinin sədri şəhərində vətəndaşları qəbul edib.

DGK-dan Teleqraf.com-a verilən məlumatda bildirilir ki, bu gün Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev Ağcabədi şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

Qəbulda bölgədə yerləşən - Ağcabədi, Beyləqan, Füzuli, İmişli və Laçın rayonlarının sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən gömrük orqanlarında işə qəbul, malların idxal və ixracı, bununla əlaqədar sənədləşmə qaydaları və digər gömrük məsələləri ilə bağlı olub.

Qəbul zamanı DGK sədri Aydın Əliyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər