Bu sözləri Teleqraf.com-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.
Onun sözlərinə görə, məsələ ilə bağlı bir neçə dəfə açıqlama verilib: “BNA avtobuslarda sərinləndirmə sistemlərinin quraşdırılması, eyni zamanda digər vacib məqamlarla bağlı tələblərin yerinə yetirilməsini təmin etmək üçün daşıyıcılarla mütəmadi iş aparır.
Həm sərinləndirmə, həm də havalandırma qurğuları, sərnişinlərimizin rahatlığı və təhlükəsizliyi baxımından vacib olan digər tələblərin yerinə yetirilməsi üçün mütləq şəkildə nəqliyyat vasitələri yenilənməlidir”.
Mais Ağayevin sözlərinə görə, hazırda paytaxtda xətdə olan 2100 sərnişin avtobusunun 500-də kondisioner var: “Qalanlarını xətdən çıxarsaq, ictimai nəqliyyatda yaranacaq xaotik vəziyyəti düşünmək çox da çətin deyil. Belə məsələlərə real yanaşmaq lazımdı. Bu gün daşıyıcı şirkətlərin yeni nəqliyyat vasitəsi almağa imkanı yoxdur. Əksəriyyəti heç əsaslı təmir edə bilmir. Amma biz onlara müəyyən qədər vaxt vermişik ki, nəqliyyat vasitələrini təmir eləsinlər”.
Qeyd edə ki, ölkə ərazisində, o cümlədən paytaxtda temperaturun yüksəlməsi ictimai nəqliyyatda sərinləndirmə sisteminin quraşdırılmasını gündəmə gətirib.