Teleqraf.com xəbər verir ki, buna görə də dırnaqlarınıza qulluq üçün təmizliyinə əmin olduğunuz yerlərə üz tutun. Qab-qacaq yuyarkən, əllərinizə mütləq əlcək taxın ki, yuyucu maddələrin zərərli təsirlərindən qoruna bilərsiniz.
Qırılan dırnaqlarınızı gücləndirmək, saralmış rəngini açmaq üçün şüşə qaba bərabər miqdarda limon suyu və qliserin töküb qarışdırın və yatmazdan əvvəl dırnaqlarınıza vurun.
Dırnaq boyaları dırnaqların sağlamlığı üçün lazım olan kosmetik vasitədir. Keyfiyyətsiz boyalar dırnaqların rənginin solmasına, qırılmasına və kövrəlməsinə səbəb olur. Ona görə də keyfiyyətlilərindən istifadə edin.
İstifadə etdiyiniz boya tez quruyursa, dırnağın ucundan əriyib getmirsə, demək, keyfiyyətlidir. Köhnəlmiş və qurumuş boyalar dırnaqlarınıza zərər verə bilər. Bu səbəbdən istifadə müddəti bitmiş boyanı vurmayın.