“Son 2 həftədi 3-4 bölgəni qarış-qarış gəzirəm... Adamlar (sahibkarlar) rəsmən rəqabət aparmır... Müştərini qazanmaq həvəsi sıfır. O həvəs haradan yarana bilər ki?! Rayondan bir "böyük" adam ərazini zolaq-zolaq zəbt edir... Obyektlərə də qohum-əqrəbasını müdir qoyur... Məkanlar nə səviyyədə işləyir işləsin... Əsas odur ki, ərazi onundur...”
Murad həmçinin rayonlardakı istirahət obyektlərində olan bahalıq, lənglik və antisanitariyadan da şikayətlənib:
“Antisanitariya, bahalıq, zəif və ləng xidmət, nəticəyə uyğun olmayan qiymətlər və s. Baxıram ki, təbiətimizi Allah gözəl qələmiylə çəkib... Nə olsun? Qarabağ kimi qədrini bilməməkdəyik…”