Axar.az xəbər verir ki, xroniki, vaxtaşırı kəskinləşmə ilə keçən dağınıq skleroz sonda pasiyentlərin müxtəlif dərəcədə əlilliyinə gətirib çıxarır. Xəstəliyin başlanmasından 20 il sonra pasiyentlərin 60%-i sərbəst hərəkət edə bilmir.
Dağınıq skleroz çoxfaktorlu xəstəlik hesab olunur. Xəstəliyin yaranması xarici mühit amilləri (viruslar, ekoloji və coğrafi amillər) və irsi meyilliliyin qarşılıqlı təsiri ilə əlaqələndirilir. Bu vaxta qədər xəstəliyin yaranmasının ilkin səbəbi kimi hər hansı bir virus aşkarlanmayıb.
Dağınıq sklerozun patogenezində immun sisteminin rolu böyükdür. Bu xəstəlik zamanı istənilən nevroloji əlamət müşahidə oluna bilər ki, bunlardan hərəki, hissi, görmə problemləri daha çox yayılmışdır. Spesifik simptomlar (hissi pozulmalar, kəskin və xroniki ağrılar, əzələ zəifliyi və spazmları, koordinasiya pozulmaları, nitq pozulması, görmə problemləri, yorğunluq hissi və s. ) zədələnmə ocağının mərkəzi sinir sistemində yerləşdiyi yerdən asılıdır. Ən çox rast gəlinən piramid traktın zədələnməsidir ki, bu da xəstələrin əlilliyinin əsas səbəbidir.
Hissiyatın pozulmasına xəstələrin 85-90%-də rast gəlinir. Beyincik mənşəli pozulmaların əsasən bədənin müvazinətinin itməsi, yerişin pozulması və dinamik ataksiya ilə xarakterizə olunur. Ataksiya xəstələrin davamlı əlilliyinin əsas səbəblərindəndir. Xəstələrin 60%-də müxtəlif mərhələlərdə görmə pozulmalarına təsadüf edilir. Bu, əksər hallarda kəskin optik nevritin, nadir hallarda isə proqressivləşən bir və ya ikitərəfli görmə pozulmalarının inkişafı ilə xarakterizə olunur.
Çanaq orqanlarının funksiyalarının pozulmasına dağınıq sklerozun müxtəlif mərhələlərində xəstələrin 80%-də rast gəlinir. Bu patologiyalar özünü sidik ifrazının pozulması (sidik saxlaya bilməmək, sidik ifrazının ləngiməsi) və ya defekasiyanın pozulması (qəbizlik, nadir hallarda nəcisi saxlaya bilməmək), cinsi funksiyanın pozulması və disfunksiya ilə büruzə verir.
Ağrı belə xəstələrdə tez-tez rastlanan (50%) şikayətlərdəndir. Ətraflarda ağrılar, sidik kisəsinin boşalmasının pozulması nəticəsində qasıq və qasıqüstü nahiyədə ağrı, ətrafların əzələlərində ağrılı spazmlar, damar mənşəli xroniki baş ağrıları ola bilər. Xəstələrin 90%-də neyropsixoloji pozulmalar, sindromlar və psixi pozulmalar aşkar edilir.
Artıq bioloji tənzimləyici terapiyanın köməyilə bu xəstəlikdə remissiya əldə etmək imkanı artır. Bioloji təbabət orqanizmə vahid sistem kimi yanaşdığından xəstəliyin müalicəsinə deyil, onu yaradan amilləri aradan götürməyə istiqamətləndirilib. Səbəb aradan qaxdıqda müalicə daha effektli olur, bu xəstəliyin yaratdığı fəsadların qarşısı daha tez alınır. Bioloji tənzimləyici terapiyada alman mütəxəssislərinin müalicə metoduna üstünlük verilən Bioloji təbabət klinikasında onlarla xəstə bu problemdən xilas olaraq aktiv həyat tərzinə qayidib. Klinikanın həkimləri dəfələrlə Almaniya, İsveşrə, İtaliya, Kolumbiya, Rusiya və başqa ölkələrdə bioloji təbabət mütəxəssilərinin seminar və praktik müayinələrində iştirak edərək bu sahədəki bilik və təcrübələrini daha da təkmilləşdiriblər. Drenaj terapiya (orqanizmin toksinlərdən təmizlənməsi), immunomodulyasiya (pozulmuş immun sistemi balansının tarazlaşdırılması) və 3-cü orqanların dəstəklənməsi və bərpası mərhələsinə əsaslanan bioloji tənzimləyici terapiya ilə nəinki dağınıq skleroz, digər xroniki-degenerativ xəstəliklərin müalicəsində uğurlu nəticəyə nail olmaq mümkündür.
Ünvan: Bakı; Nəsimi rayonu, Seyid Cəfər Pişəvəri-110
Telefon: (+994 12) 430-89-89, (+994 50) 430-89-89, (+994 55) 430-89-89, (+994 70) 430-89-89