Teleqraf.com “Xəzərxəbər”ə istinadən xəbər verir ki, Təhsil Nazirliyi müəllimlərin işə qəbulu imtahanlarının keçirildiyi ərəfədə yaranan bəzi ittihamlara aydınlıq gətirib.
İmtahan verən müəllimlərin ən böyük iradı suallarla bağlı idi. Belə ki, imtahan ərəfəsində və ya imtahandan sonra müəllimlər hansı sualları səhv yazdıqlarından xəbərsiz olduqlarını deyirlər, hətta bəzi sualların qoyuluşundan da narazılıqlar var
Təhsil Nazirliyinin rəsmisi Eşqi Bağırov deyir ki, həmin suallarda səhv ola bilməz. Çünki suallar dəfələrlə ekspertizadan keçirilib.
Nazirlik rəsmisi mövcud yerlərin vakant yer kimi göstərilməsi iddasına da cavab verib.
Təhsil Nazirliyi keçid balından yuxarı nəticə toplayan müəllimlərə ayın 5-dən müəllimlərin işə qəbulu ilə bağlı yaradılmış saytdakı şəxsi səhifələrinə tez-tez daxil olmaları tövsiyyə edilir. Çünki 5 avqust tarixindən sonra vakansiya seçimi mərhələsinə start veriləcək.