2 Avqust 2017 01:13
725
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəranda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com ARB TV-yə istinadən bildirir ki, Günəhir ərazi icra nümayəndəsinin müavini, 40 yaşlı Mirzəyev Famin Mirhüseyn oğlu bıçaqlanıb. Bıçaq xəsarəti alan Famil Mirzəyev Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq əməliyyat olunub.

Onu vuran Sumqayıt şəhər sakini Amil Babarəhim oğlu Caniyevdir. Artıq hadisəni törədən şəxs saxlanılaraq istintaqa cəlb olunub. Onun polisə könüllü təslim olduğu deyilir.

İlkin ifadəsində Amil Caniyev kəndə toy məclisində iştirak etmək üçün gəldiyini, yeyib-içdikdən sonra toydan çıxdığını və Famil Mirzəyevlə sözləri düz gəlmədiyini, aralarında yaranan mübahisənin qan tökülməsilə nəticələndiyini bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər