Trend-in məlumatına görə, bununla bağlı “Azərbaycan Respublikası Təhsil Nazirliyi sistemindəki məktəbdənkənar müəssisələrin Nümunəvi Əsasnaməsi”nə dəyişiklik edilib.
Yeni dəyişikliyə əsasən, məktəbdənkənar təhsil müəssisəsinin maliyyələşmə mənbələri artrılıb. Həmin mənbələr dövlət büdcəsindən ayrılan vəsaitlər, büdcədənkənar vəsaitlər, kreditlər, qrantlar, ianələr və qanunvericiliklə qadağan olunmayan digər mənbələrdir.