Fövqəladə Hallar Nazirliyindən (FHN) Teleqraf.com-a verilən məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə, Bakı şəhəri, Xəzər rayonunda 1 nəfərin dənizdə çimərkən batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.
Xidmətin dalğıc-xilasediciləri dərhal hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıblar.
Məlumatda bildirilib ki, eyni zamanda Şirvan şəhərində də 2 nəfərin çayda çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə FHN-ə məlumat daxil olub.
Xidmətin dalğıc-xilasediciləri dərhal hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarıblar.