Qoç - günün ilk yarısı xeyli məhsuldar zamandır. Başladığınız işləri məhsuldar şəkildə yerinə yetirə bilərsiniz. Bununla belə, fəaliyyətinizdə ciddi dönüşə bel bağlamayın. Mübahisələrə qatılmayın. Dəyişə bilməyəcəyiniz situsiyalara emosiyalarınızı sərf etməyin. Günün ikinci yarısında tərəfdaşlarınız müxtəlif cəbhələrdə irəliləməyə çalışacaqlar. Fəqət, onların layihələrindən birini siz tamamlamalı olacaqsınız. İstənilən formada təzyiqə və kənar müdaxiləyə kəskin reaksiya verin. Rəqiblər sizi zəif saymasınlar.
Axşam saatlarında enerjinizi faydalı məsələlərin həllinə yönəldin. Süst olmayın.
Buğa - ev işləri yetərincədir. Səbrli, soyuqqanlı olun. Kəskin hərəkət etməyin, sərt danışmayın. Düşünülməmiş qərarlar verməyin. Kölgəyə çəkilmək, olayların episentrindən uzaqlaşmaq alınmayacaq. Fəaliyyət arealında qayda yaradın. İşləri nizamlayın. Alış-verişdə yalnız zəruri əşyaları alın.
Axşam saatlarında gəzintiyə çıxmaq olar.
Əkizlər - genişmiqyaslı layihəyə başlamaq üçün uğurlu zamandır. Eyni vaxtda bir neçə işlə məşğul olmaq mümkündür. Emosional baxımadan zəngin vaxtdır. Müxtəlif mənbələrdən yeni xəbərlər ala bilərsiniz. Müzakirələr üçün əlverişli zamandır. Günün ikinci yarısında məişət problemləri və ailə qayğılarının həlli vaxtınızı alacaq. Çətinlikləri aradan qaldırararkən rutin metodlardan, aktuallığını itirmiş taktikadan istifadə etməyin.
Ümumi plan və ya maraqlarınız olan insanlarla aktiv ünsiyyətdə olun.
Xərçəng - günün ilk yarısı məhsuldar olacaq. Problemlərin həllinə yaradıcı yanaşın. Yazışmalarda hisslərə qapılmayın. Proseslərin konkret kursu görünmür. Fəaliyyətinizin sonucları sizi tam razı salmayacaq. Emosiyalar çox, nəticə azdır. Münaqişə, mübahisə istisna deyil. Günün ikinci yarısında yersiz etiraflar baha başa gələ bilər. Olayların süjeti sizi təlaşa sala bilər. Bir yerdə problemi aradan qaldıran kimi digər məqamda çətinliklər formalaşmağa başlayacaq. Alış-verişdə çox pul xərcləməyin. Bədxərclik yolverilməzdir.
Axşam saatlarında dostlarla birlikdə istirahət edin.
Şir - xırdalıqlara fikir vermək asan olmasa da, detalları nəzərdən qaçırmayın. Qəfil xəbər və ya gələn informasiya narahatlıq, nigaranlıq yarada bilər. Ətrafınızda baş verənlərdən nəticə çıxarın. Yeni ideya və planları situasiyada maraqlı insanlarla bölüşə bilərsiniz. İşdə rəhbərliklə təmaslarda diqqətli olun. Maddi təminat və ya ödəniş olmadan əlavə tapşırıq ala bilərsiniz. Günün ikinci yarısında romantik hisslərə qapılaraq kobud səhvlərə yol verməyin. Şəxsi münasibətlərdə yaxşı zamandır.
Yeni tanışlıqlarla bağlı ciddi gözləntiləriniz olmasın.
Qız - retroqrad insanlardan uzaq durun. Yeni işlərə başlamaq istəyirsinizsə, onlara bel bağlamayın. Əvvəlcədən hazırlanmış plan çərçivəsində hərəkət edin. Ünsiyyət, danışıqlar, məlumat mübadiləsi, dostlara yardım, təkliflər olacaq. Sınanmış metodlardan istifadə edin. Aktiv, mütəhərrik olun. Danışıqlarda mövqelərinizi qoruyun. Günün ikinci yarısında tənqidlərə sərt reaksiya verməyin. Əks mövqeni dinləməyi bacarın.
Dəyər verdiyiniz insanın diqqət izharına, pozitiv dəyərləndirməyə, tərifə ehtiyacı var.
Tərəzi - önəmli istiqaməti intuitiv olaraq seçə bilərsiniz. Cari işlərə ciddi diqqət ayırın. Yeni layihəyə başlamaq, ciddi problemin həllinə start vermək üçün münasib zaman deyil. Günün ikinci yarısında əməkdaşlıq təklifini qəbul edin. Planları müzakirə etmək, məsləhətləşmələr aparmaq olar. Xəbərləri izləyin, reaksiyanızı nəzarətdə saxlayın. Şəxsi münasibətlərlə bağlı narahatlıq istisna deyil. Qəfil hadisələr, hətta vidalaşma ola bilər.
Axşam saatlarında spontan yaradıcılıq həlləri mümkündür.
Əqrəb - emosional olmayın, hisslərinizi cilovlayın. Narazılıq, təlaş və diskomfortun öhdəsindən gəlməyə çalışın. Hadisələr sürətlə inkişaf edir. Olaylarda müəyyən nizamsızlıq, hətta xaos ünsürləri müşahidə olunur. İstiqamətləri sürətlə müəyyənləşdirin. Dəyişikliklərin hamısı yaxşı deyil. Xoşagəlməz "kəşf"lərə qapılmayın. Günün ikinci yarısında həddən artıq aktivlik etməyin. Baş verənləri diqqətlə müşahidə edin, dəyər verdiyiniz insanların dediklərinə qulaq asın. Mövqeləriniz əvvəlki dövrlərlə müqayisədə o qədər də güclü deyil.
Oxatan - günün məcrası səhər saatlarında müəyyənləşəcək. Dəyər verdiyiniz insanlarla aktiv ünsiyyətdə olun. Emosiyalarınıza nəzarət edin. Münasibətləri aydınlaşdırmağa çalışmayın. Güzəştlərə meylli olun. Gərginlik hiss olunan sahələrdə nizamlama və qaydaya salma əməliyyatlarına başlayın. Situasiya sizi sürətləndirəcək. Günün ikinci yarısında yaşananları təhlil edin, bundan sonra atacaq addımlarınızı bəlirləyin. Gərəkli informasiyanı arayın. Perspektivdə gərəyiniz ola biləcək, faydalı nə isə tapa bilərsiniz.
Axşam saatları səfər üçün əlverişlidir.
Oğlaq - mürəkkəb, qarışıq zamandır. İşlərdə hiperaktiv olmayın. Səhər saatlarında diqqətli olun. Cari işlərlə bağlı olmayan müzakirələr və danışıqları təxirə salın. Sərt tələblər, işdə rəhbərliklə həmkarlarınızın tələbləri sizi qıcıqlandıra bilər. Şərtləri sərtləşdirməyin. Hansısa mövzunu ifrata çatdırmayın. Günün ikinci yarısı önəmli qərar qəbul etmək üçün münasibdir. Aktiv olun, hərəkət edin. Bəzi olayların perspektivləri əlverişli olmadığından bir qədər gözləyin. Təfərrüatlara fikir verin. Qəfil etiraflara, yaşamınıza daxil olan mövzulara diqqətli yanaşın. Şəxsi münasibətlərdə qısqanclıq problemlər yaratmamalıdır.
Axşam saatlarında normal istirahət edin.
Dolça - uzun müddətdən bəri sizi narahat edən suala cavab tapa bilərsiniz. Təşviş, əməllərinizdən bədgümanlıq, ətrafdakı insanlardan narazılıq istisna deyil. Kənar təsirlər baş verənlərin mənzərəsini dəyişə bilər. Stress olacaq. Günün ikinci yarısında hər şey o qədər də pis deyil. Aldığınız xəbərləri, yaranan problemləri təhlil edin. Hər şey o qədər də pis deyil. Nevroz insan təsiri bağışlamayın. Cari dəyişiklikləri nəzərə alaraq bundan sonrakı fəaliyyət planlarına zəruri əlavələr edin.
Axşam saatlarında münasibətlərdə sərinlik yaratmayın.
Balıqlar - yaxın ətrafınızdakı insanların emosional durumuna fikir verin. Yaşamınızda yeni mövzu peyda ola bilər. Yeni maraq da istisna deyil. Narahatlıq varsa, onun səbəblərini anlamağa çalışın. Enerji tonusunuz ünsiyyət və təmaslar üçün əlverişlidir. Sizi maraqlandıran suallara cavab almağa, perspektivləri dərk etməyə can atın. Günün ikinci yarısında mənafelərin toqquşduğu məkanda mübahisələr yarana bilər. Seçim edəndə emosiyaların əsirinə çevrilməyin. Sağlam məntiqlə hərəkət edin. "Bu, mənə lazımdırmı?" sualını səsləndirin.
Milli.Az