Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən vətəndaş müraciətləri diqqətlə araşdırılıb.
Müraciətlərə əsasən, işçilərə ödənilmiş 73 473 manatın 67 716 manatı gecikdirilmiş əmək haqlarıdır. 3 701 manatı isə işəgötürənlər tərəfindən işçilərə ödənilməli olan sosial müavinətlər və kompensasiyalardır. Qalan hissəsi isə zərərə görə ödənclərdən ibarət olub.
Vətəndaş müraciətlərinin araşdırılması zamanı ayrı-ayrı işçilərin qeyri-qanuni şəkildə işdən azad edildikləri müəyyən olunaraq, onların yenidən əvvəlki işlərinə bərpa edilmələri də təmin olunub.