4 Avqust 2017 11:38
3 068
12 Punto 14 Punto 16 Punto 18 Punto

Turan TV-də erməni izi aşkarlanıb. Söhbət ölkədən kənarda fəaliyyət göstərən və Azərbaycan dövlət siyasətini kəskin tənqid edən, ölkənin imicinin dağıtmaq üçün əlindən gələn hər şeyi edən Turan TV-də erməni lobbisinə bağlı “ekspertən” gedir.

Artıq neçə müddətdir ki, adı çəkilən TV-nin rus dilində yayımlanan verilişlərində ekspert kimi ortaya atılan Beydulla Manafov xüsusi diqqət çəkir. Bəlli olub ki, bu “ekspert” Azərbaycanda demokratiya uğrunda mübarizə “apardığını” və bu səbəbdən də ölkəni tərk edərək siyasi mühacirətə yollandığını bildirərək Avropadakı azərbaycanlı siyasi mühacirlər arasında nüfuz qazanmağa çalışıb.

Ancaq strateq.az saytı Avropadakı azərbaycanlı jurnalistlərdən birinin vasitəsilə Beydulla Manafovun kimliyini və məqsədlərini araşdıraraq ortaya ciddi faktlar çıxara bilib. Bəlli olub ki, Turan TV-nin rus dilli verilişində ortaya çıxarılan Beydulla Manafov Azərbaycanı demokratiya uğrunda mübarizəsinə görə deyil, ailə məsələsi səbəbindən tərk edərək Amerikaya köçüb. Onun ABŞ-da məskunlaşmasına yaşıl işıq yandıran səbəb isə həyat yoldaşı Raisa Qaykovnanın milliyyətcə erməni olmasıdır. Beləcə, Beydulla Manafov xanımının erməni olmasından istifadə edərək ailəsi ilə birlikdə ABŞ-a köçüb. Texas ştatınında məskunlaşan ailə daha sonra vətəndaşlıq əldə edərək Dallasda yaşamağa başlayıb. O da bəlli olub ki, Raisa Qaykovna Bakıda Nəsimi rayonunda yaşayıb, əri B.Manafov isə Nəsimi Rayon Partiya Komitəsində təlimatçı işləyib, uzun illər sovet və kommunizm ideologiyasını tərənnüm edib. Başqa sözlə Manafov Bakıda kommunist, ABŞ-da isə “demokrat” donu geyinib.

Dünya güclərinin bir-birinə qarşı nüfuz savaşının gücləndirdiyi bir dönəmdə isə Beydulla Manafov Turan TV-də peyda olaraq Azərbaycan əleyhinə çıxışlara başlayıb. Erməni izi əsasında ABŞ-da vətəndaşlıq alan bu şəxs Avropadakı mühacirləri demokratiya uğrunda mübarizə aparmaq adı ilə aldadaraq onlarla yaxın əlaqələr qurmağa çalışıb. Bu arada o da bəlli olub ki, Beydulla Manafov tez-tez Texasdan Londona gəlir, burada hansısa işlər görür.

ABŞ-da erməni lobbisinin kifayət qədər güclü olduğu, Azərbaycana qarşı informasiya müharibəsinin əsas mərkəzlərindən biri kimi şıxış etdiyi sirr deyil. Üstəlik Beydulla Manafovun arvadı vasitəsilə məhz erməni diasporu vasitəsilə özünə güzəran düzəltdiyi də ciddi ehtimaldır.

Məlum olur ki, Beydulla Manafovun erməni qohumluğu vasitəsilə erməni lobbisi ilə əlaqələri var. Məhz bu əlaqələr onu Turan TV-yə qədər gətirib çıxarır. Son nəticədə erməni lobbisinin məkirli istəkləri bir “demokrat” və “ekspert” vasitəsilə Qənimət Zahidin rəhbərlik etdiyi Turan TV-də tirajlanır. Başqa sözlə, sapı bizdən olan bu balta beləcə Azərbaycana qarşı çıxışlara start verməklə erməni lobbisinin məkirli maraqlarına xidmətə başlayır.

Digər maraqlı məqam isə, Rəsulzadə-Elçibəy ideologiyasını əlində bayraq edən Turan TV-nin erməni diasporuna bağlı olan bu ermənisevər şəxsə tribuna verməsidir. Aydın olur ki, Turan TV və onun rəhbərliyi özü də bilmədən erməni diasporunun informasiya toruna xidmət edir. Çünki Rəsulzadə-Elçibəy ideologiyasında olduğunu bəyan edən Turan TV rəhbəriyinin erməni sevgisi aşıb-daşan Beydulla Manafova tribuna verməsi başqa cür anlaşıla bilməz. Görünən odur ki, Azərbaycana qarşı bütün platformalarda çıxış edən erməni lobbisi indi də Turan TV-nin bu imkanlarından yararlanmaq və bu TV-də Azərbaycana qarşı hörümçək toru qurmaq işinə girişib. Turan TV rəhbərliyi ya erməni diasporuna bağlı bu şəxsdən imtina etməli, ya da Elçibəy-Rəsuladə ideologiyasından. Əks halda buna hansısa bəraət qazandırmaq mümkün olmayacaq.

P.S. Hələ Dünya Azərbaycanlıları Konqresinin (DAk) ilk dövrlərində Azərbaycana gələn soydaşlarımız ürəkyanğısıyla deyirdilər ki, Bakıdan gedən bir çox şəxslər məhz erməni olduğu üçün təzyiqlərə məruz qaldığını deyir və bu yolla ABŞ, Avropada oturum əldə edirdilər. Görünür, artıq belə şəxslərə şərait yaradanlar indi onların imkanlarından istifadə etmək qərarını verib. Bu istifadə türkçülük adını daşıyan, Böyük Turançılıq mənasını verən Turan TV-nin alət olması isə türkçülük adına biabırçılıqdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər