Bunu Teleqraf.com-a açıqlamasında Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov deyib.
Onun sözlərinə görə, həmin şəxslərdən 9 nəfər xəstəxanaya qəbul edilib:
“Müraciət edənlərdən 3 nəfər uşaq olub. Mərkəzə yerləşdirilənlərdən bir nəfərin vəziyyəti kəskin ağır, digərlərinki orta-ağır olub. Onlara köməklik göstərilib. Ölüm hadisəsi isə baş verməyib”.
Baş toksikoloq bildirib ki, yay mövsümü başlayandan bu günə qədər 30-a yaxın ilan sancması hadisəsi qeydə alınıb.
Azər Maqsudov qeyd edib ki, müraciətlər əsasən Qaradağ, Xəzər, Şamaxı, Yevlax Tovuz və digər regionlardan olub.