QMİ-nin mətbuat xidmətindən Teleqraf.com-a bildirilib ki, səfərdə məqsəd Qafqaz Müsəlmanları İdarəsinin Azərbaycanın Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi, İranın Mədəniyyət və İslam Əlaqələri Təşkilatı və İslam Məzhəblərinin Yaxınlaşdırılması Beynəlxalq Assambleyası ilə birlikdə avqustun 6-da Tehran şəhərində keçirəcəyi "İslam həmrəyliyi İran-Azərbaycan dostluğu timsalında" mövzusunda keçiriləcək beynəlxalq konfransda iştirak etməkdir.
Prezident İlham Əliyevin elan etdiyi İslam Həmrəyliyi Ili çərçivəsində Bakıda, Rusiyada, Finlandiyada keçirilmiş beynəlxalq tədbirlərin ardınca Tehranda baş tutacaq adıçəkilən konfransda Azərbaycan Milli Məclisinin üzvləri, elm və din xadimlərindən ibarət nümayəndə heyəti də iştirak edəcək.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə İrana səfəri çərçivəsində İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin inaqurasiya mərasimində iştirak edəcək.