Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Teleqraf.com-a verilən açıqlamada qeyd edilir ki, hadisə baş verən zaman Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini və digər məsul şəxsləri həmin ərazidə olublar.
Hazırda Fövqəladə Hallar Nazirliyi tərəfindən yanğının baş vermə səbəbləri araşdırılır. Bundan sonra müvafiq dövlət orqanları ilə birlikdə lazımı tədbirlər görüləcəkdir.
Qeyd edək ki, dünən gecə Sumqayıt şəhərində beşmərtəbəli yataqxanada yanğın baş verib.