Teleqraf.com xəbər verir ki, görüşdə ümumi problemlər müzakirə edilib, gələcək əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb. Görüşdə İranın dini Şurasının katibi Ayətullah Möhsin Araki və Qafqaz müsəlmanları İdarəsinin sədri (QMİ) şeyxülislam hacı Allahşükür Paşazadə iştirak ediblər.
Araki bildirib ki, görüşün məqsədi İslam həmrəyliyi sahəsində dini və sosial əməkdaşlığa başlamaqdır.
O, həmçinin İran və Azərbaycan din xadimlərinin regionda olan ekstremist cərəyanları ilə mübarizədə oynaya biləcəyi rolu vurğulayıb.