Axar.az xəbər verir ki, hidrokolonoterapiya ilə mədə-bağırsaq sisteminə təkcə mexaniki yolla təsir etməklə effekt alınmır. Bu prosedur zamanı bilavasitə vegetativ sinir sisteminə təsir edilir. Belə ki, vegetativ sinir sisteminin parasimpatik hissəsinə aid olan mezosimpatik sinir sistemi (bu “bağırsaq sinir sistemi” kimi də adlandırılır) qida borusu, mədə, yoğun və nazik bağırsaqların daxili qatlarında yerləşir. Hidrokolonoterapiya zamanı bağırsaqların hidromasajı aparılır, bu yolla refleksogen zonalar qıcıqlandırılır.
Həmçinin bağırsaqlara vurulan mayenin temperatur qradienti kontrast duş kimi təsir edərək parasimpatik sinir sisteminin tonusunu artırır. Parasimpatik sinir sistemi “sakitlik sinir sistemi” kimi də adlandırılır. Məhz onun tonusunun artırılması əksər hallarda vacibdir.
Hidrokolonoterapiya mərkəzi sinir sisteminə də tonuslandırıcı təsir göstərir. Bu baxımdan təkcə dəri, allergik və MBT xəstəliklərində deyil, xroniki yorğunluq, əhval-ruhiyənin dəyişməsi, depressiya kimi patoloji hallarda da tətbiq olunur. Vegetativ sinir sisteminə təsir həm də MBT–nın funksional vəziyyətinə müsbət təsir göstərir, qaraciyərə düşən yük azalmış olur.
Ünvan: Bakı; Nəsimi rayonu, Seyid Cəfər Pişəvəri-110
Telefon: (+994 12) 430-89-89, (+994 50) 430-89-89, (+994 55) 430-89-89, (+994 70) 430-89-89