Səhiyyə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, 2016-cı il müvafiq dövrü ilə müqayisədə müraciətlərin sayı 30 mindən çox artıb. Müraciətlər üzrə əhaliyə zəruri tibbi yardım göstərilib.
Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına daxil olan müraciətlər əsasında 31800-dən çox vətəndaş xəstəxanalara yerləşdirilib. Bu müddət ərzində reanimasion tədbirlərin görülməsi nəticəsində çox ağır vəziyyətlərdən çıxarılaraq həyatı xilas edilən xəstələrin sayı 1100 nəfərdən çox olub.
Qəfləti xəstəliklərlə müraciətlərin sayı 179000-dən artıq, miokard infarktı ilə müraciətlərin sayı 460, hospitalizasiya 440-a yaxın, insultla müraciətlərin sayı 1880, hospitalizasiya 1680, doğuşla bağlı müraciətlərin sayı 1580, hospitalizasiya 1580, avtoqəza zamanı xəsarət alanların sayı 1170 hospitalizasiya 1000-dən artıq olub.
Evdə qalan ağır xəstələr haqqında ərazi üzrə müvafiq poliklinikalara məlumat verilib.
Təcili tibbi yardıma ehtiyacı olan 190 nəfər yaşayış yeri məlum olmayan şəxsə ilkin tibbi yardım göstərilib və onlar müvafiq xəstəxanalara yerləşdiriliblər. Yay mövsümü başlanandan ilan sancması ilə əlaqədar cəmi 31 müraciət olub ki, bunlardan da 3 nəfəri uşaqdır və 30 halda hospitalizasiya icra edilib.
Cari ilin 6 ayı ərzində uşaqlar üçün edilən çağırışların sayı 36500-dən, onlardan xəstəxanalara yerləşdirilənlərin sayı isə 6300-dən artıq olub. Pediatrik reanimasiya briqadaları tərəfindən küvəz aparatlarının köməyi ilə uzaq rayonlardan gətirilən və paytaxtın doğum evlərində anadan olmuş az çəkili və ya ağır qüsurlarla doğulmuş 500-ə qədər körpə Respublika Perinatal Mərkəzinə, K.Fərəcov adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna hospitalizasiya icra edilib.