Bunu Teleqraf.com-a açıqlamasında Azad Müəllimlər Birliyinin sədri, təhsil eksperti Məlahət Mürşüdlü deyib.
Birliyin sədri bildirib ki, hazırlıq qruplarının təşkili təqdirə layiq addımdır: “Çünki bu, oxumaq istəyənlər üçün əlavə imkandır. Amma qrupların maliyyə tərəfi, oranı bitirənlərin gələcək taleyi ciddi məsələlərdir. Hazırlıq qrupunu bitirənlər universitetlərə birbaşa tələbə vəsiqəsi alacaqlarmı, Dövlət İmtahan Mərkəzinin imtahanlarına qatılacaqlarmı, imtahanları ödənişli olacaqmı kimi suallar dəqiqləşdirilməlidir”.
Məlahət Mürşüdlü deyir ki, hazırlıq qrupları hələ müzakirə mərhələsindədir: “Qrupların fəaliyyətinə az bir zaman qalıb, amma hələ əsasnaməsi təqdim olunmayıb. İndiyə kimi əsasnamə hazır olmalı və ictimaiyyətin müzakirəsinə çıxarılmalıdır”.
Təhsil ekspeti Etibar Əliyevin sözlərinə görə, hazırlıq qrupları növbəti tədris ilində fəaliyyətə başlıyacaq: “Hazırlıq qruplarının növbəti tədris ilində formalaşdırılması düzgün addımdır”.
Ekspert bildirib ki, bütün dünyada əhalinin ümumi sayına görə tələbələrin say göstəricisi var: “Bu statistikada Azərbaycan geri qalır. Ölkəmizdə tələbə adı qazanmayan vətəndaşlar təhsil dalıyca məcbur olub başqa ölkəyə gedirlər. Peşə təhsili gənclərimizi o qədər də cəlb etmir. Hazırlıq qruplarının yaranması bu aspektdə gündəmə gəldi.
İndiki mərhələdə hazırlıq qruplarına 150-200, yoxsa 200-300 bal toplayan abtituriyentlərin cəlb olunacağı dəqiqləşdirilməlidir. Digər tərəfdən, hazırlıq qruplarında imtahanı ali təhsil məktəbləri, yoxsa DİM götürəcəyi dəqiqləşdirlməlidir. Bu məsələ mütləq həll olunmalıdır. Elə etmək lazımdır ki, nəticədə keyfiyyətsiz kadrların sayı çoxalmasın”.
Etibar Əliyev qeyd edib ki, hazırlıq qruplarının yaranması ali məktəblərə gəlirlər gətirə bilər: “Bu, xoş niyyətli bir işdir. Dövlət universitetləri maddi-texiki bazasını, müəllim heyətini, auditoriya fondunu nəzərə alıb sifariş verməlidir. Onlar öz potensillarını bildirməlidirlər ki, qəbul olunanlardan əlavə bu qədər də hazırlıq qrupunda mütəxəsiss yetişdirməyə hazırıq”.
Qeyd edək ki, bu il “Təhsil haqqında” qanuna edilən dəyişikliyə əsasən universitetlərin nəzdində birillik ödənişli hazırlıq qruplarının təşkil olunacaq.