9 Avqust 2017 00:46
674
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Adidas” şirkəti fabriklərin əməkdaşlarını robotlarla əvəz edəcək. “Sewbot” adlı mexanizm geyim istehsalı ilə məşğul olacaq.

Teleqraf.com “ICTnews”a istinadən xəbər verir ki, sözügedən mexanizm yumşaq parçanın kəsik-küsüklərini tikmək üçün kamera və robotlardan istifadə edir. Bundan əvvəl bu əməliyyatları avtomatlaşdırmaq mümkün deyildi, amma “SoftWear Automation” tərəfindən yaradılmış mexanizm bu əməliyyatları insanlardan daha yaxşı yerinə yetirir.

"Robotlar geyimin detalını tikməzdən əvvəl parçanın vəziyyətini müəyyənləşdirmək üçün kamera və iynələr kombinasiyasından istifadə edir və bunu insan gözündən daha dəqiq yerinə yetirirlər" – şirkətin rəsmi saytında deyilir.

Sistem bir futbolkanı 22 saniyəyə tikir. Robot “Adidas” şirkəti üçün gün ərzində 800 min mayka hazırlayacaq. Beləliklə, istehsal şirkətə daha ucuz başa gələcək. Bütövlükdə 21 istehsal xətti tikiləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər