Qafqazinfo-nun məlumatına görə, bir qrup keçmiş “ANS”çinin cəmləşdiyi “Speys” televiziyasında artıq onlarla yollar ayrılmaqdadır. Belə ki, "Speys" Teleradio Şirkətinin "Hər gün” informasiya departamentinin rəhbər əvəzi vəzifəsi həvalə olunan Afət də telekanaldan çıxarılıb. Məlumatlara görə o, məzuniyyətdən gec qayıtdığı üçün kanal rəhbəri tərəfindən cəzalandırılıb və kollektiv qarşısında fəaliyyətinə son verildiyi elan olunub.
Faktı telekanal rəsmisi Kamil Şahverdiyev də təsdiqləyib. O bildirib ki, Afət Telmanqızı işdən öz ərizəsi ilə ayrılıb.
Məsələylə bağlı Afət Telmanqızı ilə də əlaqə saxlamağa çalışdıq. Jurnalist telefonu açsa da, bu haqda danışmaq istəməyib.
Qeyd edək ki, "Speys"də toplaşan keçmiş ANS-çilər arasında baş verən qalmaqallar daim mətbuata sızır. Sonuncu belə qalmaqal Afət Telmanqızı ilə Azadə Balayeva arasında yaşanmışdı.