Bu xəbəri Nemət Pənahlının özü Teleqraf.com-un əməkdaşı ilə söhbəti zamanı deyib.
Pənahlı deyib ki, Türkiyəyə bir neçə gün əvvəl gəlib və Bakıya avqustun 15-dən sonra qayıdacaq.
Türkiyə səfərinin səbəblərinə toxunan Pənahlı bildirib ki, burada siyasi rənglər axtarmağa lüzum yoxdur:
“Oğlum Orxan Pənahlı Türkiyədə magistraturaya daxil olub. Mən də bura gəlib onun yerləşməsi işi ilə məşğulam. Oğlumun burada qalması üçün işləri yoluna qoyduqdan sonra Bakıya qayıdacağam”.