Bunu Teleqraf.com-a açıqlamasında Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.
Direktorun sözlərinə görə, ötən ay ərzində ümumilikdə 17 min 793 nəfər nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi həyata keçirilib: “558 nəfərdə talassemiya daşıyıcılığı aşkar edilib. Beş cütlüyün hər ikisində bu qan xəstəliyi tapılıb. Cütlüklər evlilikdən imtina etməyiblər”.
Zöhrə Əlimirzəyeva bildirib ki, bu ilin yeddi ayı ərzində nikaha daxil olmaq istəyən və icbari tibbi müayinədən 80 min 930 nəfər keçib: “2411 nəfərdə talassemiya daşıyıcılığ, 313 nəfərsə siflis, 62 nəfərdə QİÇS aşkar edilib”.
Zöhrə Əlimirzəyeva qeyd edib ki, 2015-ci il iyunun 1-dən bu ilin iyul ayının sonunadək 309 min 224 nəfər nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi keçirilib: “12 min 594 nəfərdə talassemiya daşıyıcılığı aşkar edilib. 114 cütlüyün hər ikisində bu qan xəstəliyi tapılıb. Cütlüklərdən 8 nəfəri evlilikdən imtina edib. Evlənənlər isə nəzarətdə saxlanılır, müayinələrini davam etdirilər. Bundan başqa 1456 nəfərdə siflis, 225 nəfərdə QİÇS aşkar edilib”.