Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, nazirliyin “Qaynar Xətt”inə Yasamal rayonu Ş.Mehdiyev küçəsi 3 ünvanında ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət əməkdaşlar tərəfindən dərhal araşdırılıb.
Araşdırma zamanı sözügedən ünvanda 8 ədəd müxtəlif cinsli və diametrli meyvə ağaclarının naməlum şəxslər tərəfindən qanunsuz kəsilməsi faktı aşkar olunub.
Faktla bağlı Nazirliyin əməkdaşları tərəfindən akt tərtib edilib.
Təqsirkarların müəyyənləşdirilməsi və barələrində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə Yasamal rayon Polis İdarəsinə müraciət edilib.