10 Avqust 2017 16:32
616
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərarlarla razılaşmayan vergi ödəyicisinin məsələni məhkəmədə mübahisələndirməsi tamamilə normal haldır.

Bu barədə Teleqraf.com-a Media və Kommunikasiya Mərkəzindən açıqlama verilib.

Mərkəzdən bildirilib ki, “Turan" İnformasiya Agentliyinin Vergilər Nazirliyini məhkəməyə verməsi normal prosesdir: “Vergi orqanları vergi öhdəliklərinin yerinə yetirilməsinə nəzarət edir. Bu, onların birbaşa vəzifəsidir. Bu qərarlarla razılaşmayan vergi ödəyicisinin də məsələni məhkəmədə mübahisələndirməsi tamamilə normal haldır”.

"Report"un məlumatına görə, “ Turan" İnformasiya Agentliyi Vergilər Nazirliyi yanında Bakı Şəhəri Lokal Gəlirlər Departamentinin 7 avqust 2017-ci il tarixli gəlir vergisinin hesablanması haqqında qərarının ləğv edilməsini tələb edir.

Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti avqustun 7-də "Turan" İnformasiya Agentliyinə qarşı cinayət işi açıb və ibtidai istintaqa başlayıb. Adıçəkilən departamentin qərarı başqa bir departamentin (Bakı Şəhəri Lokal Gəlirlər Departamenti) agentliyə 2014-cü ildən etibarən təxminən 27 min manat (16 200 dollar) əlavə gəlir vergisi, əlavə avans ödənişləri və faiz borcları ilə birlikdə isə 37 min manatdan çox borc hesablanması haqqında qərarına əsaslanır.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər