Qohumu yayılan məlumatın həqiqəti əks etdimədiyini deyib: “Əhəd müəllimin səhhətində isə heç bir problem yoxdur. Yazılan məlumatlar yalandır”.
Qohumu qeyd edib ki, Əhəd Abıyev hazırda Daşkəsəndədir: “Bir saat əvvəl telefonla danışmışıq. İşinin başındadır”.
Qeyd edək ki, "Yenicag.az" saytı Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin səhhətində ciddi problemlərin yaranması və bu üzdən təcili Almaniyaya aparıldığı barədə məlumat yayıb.