Bu barədə Teleqraf.com-a ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Sammitdə Birləşmiş Ştatlardan, Hindistandan və dünyanın müxtəlif ölkələrindən olan nümayəndələr kiçik və orta bizneslər proqramının inkişafını və sahibkarların, xüsusilə qadınların sözügedən proqramda iştirakının artırılmasını müzakirə edəcəklər. 2017-ci ilin sammiti “Qadınların firəvanlığı hər kəs üçün faydalıdır” devizi altında keçiriləcək. Konfransın məqsədi isə sahibkarların və investorların ən azı yarısının iştirakını təşkil etməkdir. Sammitdə dörd sahəyə nəzər yetirəcək: enerji və infrastruktur, maliyyə texnologiyaları və rəqəmsal kommersiya, səhiyyə və elm, media və əyləncə.
Bu il ABŞ-ın Azərbaycandakı səfirliyi investor və ekosistem sahəsində çalışanlar tərəfindən iştirakçıların sammitdə təmsil olunmasında maraqlıdır. Beynəlxalq investor və ekosistem sahəsində çalışanlar Hindistana səfərini və qalmaq xərcləri özləri ödəməlidilər.
ABŞ səfirliyi maraqlı olan sahibkarları, investorları və ekosistem dəstəyi sahəsində çalışanları sözügedən imkandan istifadə etməyə çağırıb. Müraciət üçün ad, əlaqə məlumatını əks etdirən sənədlər və CV-lər avqustun 15-dək səfirliyə göndərilməlidir.