14 Avqust 2017 13:20
792
12 Punto 14 Punto 16 Punto 18 Punto

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin rəhbərliyi və üzvləri Füzuli rayonunun Alxanlı kəndində erməni vandalizminin qurbanı olmuş yaşyarımlıq Zəhra Quliyevın “qırx” mərasimində iştirak ediblər.

Bu barədə Teleqraf.com-a komitədən məlumat verilib.

Komitə üzvləri Zəhranın valideynləri ilə görüşüb, mərhumun qəbrini ziyarət edib, onun ruhuna dualar oxyublar. Komitə sədri Elşad Həmidov ümid etdiyini bildirib ki, Ali Baş Komandanın əmri ilə torpaqlarımızın işğqaldan azad olunacağı günə az vaxt qalıb.

“Qırx” mərasimində komitə üzvlərindən Rafael Quliyev, Telman Mirzəyev, Gulnarə Həmidova, Dilafət Xəlilov, Rauf Sultanov, Şəmistan Qabilzadə,Tariyel Quliyev, İxtiyar Məmmədov, Fərhad Məmmədov, Tehran Tənəliyev, Nəsib Abdinov, Komitənin xəbər portalı olan Vetenperverler.az-ın rəhbəri Səyyad Əsgərov və Təbrizdən qonaq gəlmiş Vahid Huşəngi və Əli Bəyani də iştirak ediblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər