14 Avqust 2017 18:24
790
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə Bakı Telefon Rabitəsi MMC (“Baktelecom”) tərəfindən mart ayından etibarən həyata keçirilən “İctimai internet” layihəsi üzrə pulsuz Vay-fay (Wi-Fi) xidmətindən istifadə edənlərin sayı yarım milyonu ötüb.

Bu barədə Teleqraf.com-a nazirlikdən məlumat verilib.

Pulsuz WiFi xidmətinin 500.000-ci istifadəçisi Bakı şəhər sakini Aysel Ələsgərova olub.

Bu gün “Baktelecom” şanslı istifadəçini mükafatlandırıb.

Qeyd edək ki, ötən həftədən “Pulsuz WiFi”ın sosial şəbəkədəki səhifəsində start verilən “500.000-ci ol, hədiyyəni apar” sloqanı ilə təqdim olunan kampaniya istifadəçi sayının artmasını stimullaşdırıb.

“İctimai İnternet” şəbəkəsi Dövlət Bayrağı Meydanı da daxil omaqla Dənizkənarı Milli Park, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisi, Heydər Əliyev Mərkəzinin parkı, Sahil, Sabir, Xaqani, Axundov bağlarında, Qış və Zabitlər parkında aktiv edilib.

Yaxın zamanda Hüseyn Cavid və Dədə Qorqud parkları da pulsuz wifi xidmətinin əhatə zonasına daxil ediləcək.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər