Dövlət Statistika Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, cari il iyulun 1-nə ölkədə 120,3 min aztəminatlı ailənin 498,4 min nəfər üzvü ünvanlı dövlət sosial yardımı alıb və onun bir nəfərə düşən orta aylıq məbləği 35,8 manat təşkil edib.
Cari ilin əvvəli ilə müqayisədə ünvanlı dövlət sosial yardımı alanların sayı 10,7 faiz azalıb.