Report-un məlumatına görə, o, 90 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Y.Axundlu 1927-ci ildə Ordubad şəhərində anadan olub. 1947-ci ildə Naxçıvan Dövlət Müəllimlər institutunun tarix-filologiya, 1952-ci ildə isə Bakı Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. Uzun illər orta məktəblərdə işləyib, 1964-ci ildə namizədlik dissertasiyası müdafiə edib.
Y.Axundlu 1967-ci ildən Naxçıvan Dövlət Universitetində çalışıb. Müxtəlif illərdə tədris və elmi işlər iizrə prorektor, fakültə dekanı işləyib. 1970-ci ildən həmin universitetdə ədəbiyyat kafedrasının müdiri olub.
O, həm də Məmməd Səid Ordubadi irsinin tədqiqatçısı olub.