ƏMDK-dən Teleqraf.com-a verilən xəbərdə bildirilir ki, hərracda 6-sı kiçik dövlət müəssisəsi və 11-i istifadəsiz qeyri-yaşayış sahəsi olmaqla 17 əmlak özəlləşdirilib.
Kiçik dövlət müəssisələrindən 3-ü Bakının Qaradağ rayonunda, 1-i paytaxtın Səbail rayonunda, 1-i isə Gəncə şəhərində, 1-i isə İsmayıllı rayonunda yerləşir. Onların fəaliyyət pambıqçılıq, quşçuluq, tikinti, xidmət, nəqliyyat və digər iqtisadi sahələri əhatə edir. Budəfəki hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak İsmayıllıdakı toxuculuq sexi olub. Onun torpaq sahəsi 11 145 kv.m, ümumi faydalı sahəsi isə 3 min kv.m-ə yaxındır. Bundan başqa, hərracda Qaradağdakı 12 saylı yeməkxana və Səbaildəki 66 saylı mağaza da özəlləşdirilib ki, onların da ümumi faydalı sahəsi müvafiq olaraq 75 kv.m və 175 kv.m-dir.
Hərracda “əl dəyişdirmiş” istifadəsiz qeyri-yaşayış sahələrindən isə 3-ü Bakının Nəsimi, 2-si Binəqədi, 2-si Yasamal, 1-i Nərimanov, 1-i Nizami, 1-i Suraxanı rayonlarında, 1-i isə Göygöl rayonunda yerləşir.
Keçirilən hərracların nəticələri - Siyahı
Növbəti belə hərrac avqustun 22-də keçiriləcək.
Hərraca çıxarılan əmlaklar - Siyahı