Paytaxtın Süleyman Rüstəm küçəsinin sakinləri öz qonşularından şikayət edirlər.
İrina adlı qadın evində nə az, nə çox düz 70 it saxlayır.
Onun qonşuları itlərin xorla hürməsindən və yaşadıqları blokdan üfunət iyinin gəlməsindən narazlıq edir.
Qonşular deyirlər ki, 10 ilə yaxındır bu vəziyyətdən əziyyət çəkirlər. İrina dəfələrlə itləri evdən aparacağına söz versə də, nəticəsiz qalıb. Qonşularla söhbət edərkən əraziyə baytarlıq idarəsinin həkimləri və sahə müvəkkli də gəlib./Xəzər xəbər/