21 Avqust 2017 13:07
1 112
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş Bakı Metropoliteninin sabiq rəhbəri Tağı Əhmədov və cinayət işində digər zərərçəkmişlərin hüquqi nümayəndələri çıxış edib.

Onlar mülki iddiaların təmin edilməsini və təqsirləndirilən şəxslərin cəzalarının yüngülləşdirilməsini istəyiblər.

“8-ci kilometr bazarı” epizodu üzrə zərərçəkmiş Səfərov qardaşları isə təqsirləndirilən şəxslərin cəzalarının yüngülləşdirilməsinə tərəfdar olmayıblar. Onlar mülki iddialarının təmin edilməsini istəyiblər.

Məhkəmə təqsirləndirilən şəxslərin vəkillərinə çıxış üçün vaxt söz verib. Çıxışa hazır olmadıqlarını bildirən müdafiəçilər məhkəmədən vaxt tələb ediblər.

Növbəti proses avqustun 28-də keçiriləcək.

Məlumat üçün bildirək ki, prokuror Akif Çovdarun 15 il, Səlim Məmmədovun 12 il, Orxan Osmanovun 9 il, Akif Əliyevin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər