Qəbizlikdən əziyyət çəkən xəstələr müxtəlif bağırsaq işlədici preparatlardan istifadə edirlər. Bu işlədici preparatlar daha sonra alışqanlığa çevrilir və bağırsaq fəaliyyəti zamanla pozulmağa başlayır.
Bu sözləri Axar.az-a qəbizliyin yaranma səbəblərindən və müalicəsindən danışan Bioloji Təbabət Klinikasının həkimi, qastroenteroloq Arzu Quliyeva deyib. O bildirib ki, bəzən həkimlər də dərmanların içində bu işlədicilərə müraciət edirlər:
“Bu, xəstəni yalnız müalicə müddətində yaxşı edir. Müalicə bitdikdən sonra isə xəstədə yenidən qəbizlik yaranır. Bioloji təbabətdə heç vaxt işlədici preparatlardan istifadə etmirik, hətta xəstə istifadə edərsə, buna icazə vermirik. Qəbizliyin səbəbi aydınlaşdıqdan sonra müalicə etmək çox rahatdır. Qəbizliyə daha çox hormonal pozuntular zamanı təsadüf olur. Ona görə bəzi hormonları yoxlamaq üçün endokrinoloqdan da məsləhət almaq və onunla kontakda olmaq lazım gəlir. Bəzən isə bu problemlər həyat tərzi ilə əlaqədar olaraq yaranır. Bağırsaq fəaliyyəti aşağı olanda xəstələr günlərlə, hətta həftələrlə böyük bayıra gedə bilmirlər”.
Arzu Quliyeva qəbizlikdən hələ kiçik yaşlardan əziyyət çəkən xəstələrin isə bağırsaqlarının quruluşunda və funksiyasında problem olduğunu bildirib:
“Əgər xəstə kiçik yaşlardan bu problemlə üz-üzədirsə, demək, onun bağırsaqlarının quruluşunda və funksiyasında problem var. Bu zaman biz bağırsaqları müayinə edirik və quruluşunda nə problem varsa, aşkara çıxarmağa çalışırıq. Bu, bağırsaqların uzanması, enlənməsi və sallanması ola bilər. Bağırsağın funksiyası yığılıb-açılaraq içindəkiləri ötürməkdir. Əgər bu cür problemlər varsa, vaxtlı-vaxtında defekasiya olmayacaq. Daha çox oturaq həyat sürən, vaxtında qidalanmayan insanlar qəbizlikdən əziyyət çəkirlər. Belə hallarda xəstə mütləq aktiv həyat tərzinə keçməlidir. Xəstənin nə ilə qidalanması da xüsusi önəm kəsb edir. Hər səhər yemək yemək çox vacibdir. Kartof, düyü, çörək kimi qidalar bağırsağın işini ləngidir. Tərəvəzlər, meyvələr isə bağırsaq fəaliyyətini gücləndirir. Qəbizliyin növləri çoxdur, biz bunu analiz və digər tibbi müayinələr yolu ilə müəyyən edirik. Xəstə müayinə olunduqdan sonra xəstəliyə uyğun müalicələr aparılır”.
Qeyd edək ki, Bioloji Təbabət Klinikasında peşəkar həkimlər tərəfindən qəbizlikdən əziyyət çəkən şəxslərin müayinəsi və uğurlu müalicəsi həyata keçirilir. Burada müalicə bioloji preparatlar vasitəsi ilə aparılır və xəstəyə heç bir cərrahi müdaxilə edilmir.
Ünvan: Bakı; Nəsimi rayonu, Seyid Cəfər Pişəvəri-110
Telefon: (+994 12) 430-89-89, (+994 50) 430-89-89, (+994 55) 430-89-89, (+994 70) 430-89-89