Bir qədər əvvəl Heydər Əliyev prospektində ağır yol-nəqliyyat hadisəsi baş verib. Metronun “Koroğlu” stansiyası istiqamətində əsas yolda “Prado” markalı nəqliyyat vasitəsi aşıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev məlumat yayıb.
Onun sözlərinə görə, hazırda prospektin həmin hissəsində sıxlıq yaranıb.