24 Avqust 2017 18:01
561
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu qələbə həm də ölkəmizin təbliğində önəmli hadisədir. Yenə də bütün dünya görür ki, Qarabağ Azərbaycan torpağıdır”.

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyevavqustun 24-də “Qarabağ” futbol klubunun heyəti ilə görüşdə deyib.

Dövlət başçısı qeyd edib ki, Ağdam şəhərinin işğal altında olmasına baxmayaraq, onun təmsilçiləri Avropanı fəth edir: “Bu da onu göstərir ki, Azərbaycan xalqı işğalla barışmayacaq və biz öz torpağımızda yaşayırıq. Hamı da torpaqlarımızın işğaldan azad olunması arzusu ilə yaşayır. Hər bir qələbə və istənilən sahədə uğurumuz bu günü daha da yaxınlaşdırır”.

Prezident vurğulayıb ki, 2016-cı ilin aprel döyüşləri Azərbaycanın istənilən vaxt öz ərazi bütövlüyünü bərpa edə biləcəyini göstərdi: "Bu gün hərbi potensial bizə imkan verir ki, döyüş bölgəsində bütün vəziyyətə nəzarət edərək öz iradəmizi diqtə edək. İdmanda da belədir. İdman sevincini bizə idmançılar bəxş edir".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər