25 Avqust 2017 01:57
543
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Kırşehir vilayətində Qarabağ parkı açılacaq.

Teleqraf.com-un məlumatına görə, bu barədə millət vəkili QənirəPaşayevanın dəvəti ilə ölkəmizdə səfərdə olan 22 nəfərlik Kırşehir bələdiyyə məclis üzvləri bildiriblər.

Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin dəvəti ilə Azərbaycanda səfərdə olan bələdiyyə məclis üzvləri və bu bölgədən gəlmiş bir qrup millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva ilə görüşüblər və geniş fikir mübadiləsi aparıblar. Q.Paşayeva qonaqlara ölkəmizin tarixi, mədəniyyəti, Qarabağ, Xocalı soyqırımı həqiqətləri ilə bağlı geniş məlumatlar verib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər