Avqustun 21-də baş verən Günəş tutulmasından sonra ABŞ-ın nəhəng Yelloustoun parkındakı vulkan aktivləşib.
Teleqraf.com esoreiter.ru saytında yerləşdirilmiş məqaləyə istinadən xəbər verir ki, həmin gün Yelloustoun parkında 6 ciddi təkan baş verib.
Maqnitudada bu təkanların gücü Rixter şkalası ilə 3,2 bal olub.
Ümumilikdə, avqust ayı ərzində milli parkda 900-ə yaxın zəlzələ baş verib. Bu isə iki illik normaya bərabərdir və çox ciddi siqnaldır. Təsadüfi deyil ki, alimlər, məsələn, fizika-riyaziyyat elmləri doktoru, Rusiya Elmlər Akademiyasının üzvü Yuri Jivlyuk bu məsələ ilə bağlı dünyanı məlumatlandırmaq lazım olduğunu bildirib. Alim qeyd edib ki, ABŞ öz qüvvəsi ilə bu problemi həll etməyi sadəcə bacarmayacaq.
Yazıda NASA-nın vulkanı iki metodla sakitləşdirməyi planlaşdırdığı qeyd olunur. Bunlardan biri vulkanın o qədər də böyük olmayan atom bombası ilə partladılması, digəri maqmanın soyuq su vasitəsilə soyudulmasıdır.
Ancaq hər iki variant uğursuzluğa düçardır. Aerokosmik agentlik artıq partlayış variantını istisna edib. Bir sıra vulkanoloqlar isə soyuq su variantının əsl faciəyə səbəb olacağını düşünürlər.
Y.Jivlyuk ona görə də bu problemi bütün dünyanın birləşərək həll etməli olduğunu söyləyib. Çünki Yelloustondakı fəlakət təkcə Şimali Amerikanı deyil, bütün dünyanı bürüyə bilər. Alim yazır ki, istənilən iri vulkanın maqması 100 kilometr dərinlikdə yerləşir. Yelloustondakı vulkanın ocağı isə 8-16 kilometr dərinlikdədir. Ona görə də sözügedən vulkan necə deyərlər, doğmağa hazırdır. Onun partlayışı iri nüvə müharibəsindəki partlayışa ekvivalent ola, ABŞ ərazisi və Kanadanın şimal rayonları bir göz qırpımında yer üzəndən silinə bilər. Bir müddət sonra nəhəng sunami dalğaları nəticəsində İspaniya, Portuqaliya, İngiltərə, Fransa, İtaliya, Almaniya, Yaponiya, Koreya, Çin, o cümlədən Rusiya bir göz qırpımında suya qərq olar.
“Bu, əlbəttə, pis variantdır”, deyən Y.Jivlyuk həmin pis variantın tamamilə mümkün olduğunu vurğulayıb. Alim qeyd edib ki, buna görə də bütün dünya ölkələri onları təhdid edən bu bəşəri təhlükə qarşısında güclərini birləşdirməlidirlər: “Biz isə bütün bu dövr ərzində müharibə edir, uşaq kimi bir-birimizlə dava aparırıq”.